KANAL24.AZ
Az Iw En Ru

Evdə partlayış: 3 nəfər xəsarət alıb

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağcabədi rayonu, Salmanbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında məişət qazının sızması nəticəsində partlayış baş verib. Nəticədə otağın divarlarında çatlar əmələ gəlib və pəncərə şüşələri sınıb.

Partlayış zamanı 3 nəfər xəsarət alıb və təcili tibbi yardım xidməti tərəfindən Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb. Yanğın hadisəsi baş verməyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


05:43 31.10.2014
Xəbər lenti
Bütün xəbərlər