KANAL24.AZ
Az Iw En Ru

Şok iddia: “Ermənistanı alova Makron atdı”

“Son bir ildə erməni tərəfinin təcavüzkar ritorikası bölgədə suları yenidən bulandırıb”.

Bunu türk siyasi ekspert İsmayıl Kılıçarslan deyib.

“Son nöqtədə Azərbaycan “kifayətdir” dedi, Ermənistana sərt və başa düşülən bir dildə cavab verməyə başladı. Bunun davamı olaraq, onlarla kəndin azad edildiyi, yüzlərlə erməni əsgərinin zərərsizləşdirildiyi xəbərləri gəldi”, - ekspert bildirib.

Kılıçarslan Ermənistanın təcavüzkar ritorikasının arxasında Fransa Prezidenti Makronun olmasına da diqqət çəkib:

“Bu gün Ermənistanın etdiyi çılğınlıq “kiçik Napoleon” Makrondan ayrı şərh edilməməlidir. Erməni diasporunun ən güclü olduğu ölkələrdən biri olan Fransa Ermənistanı alova atmaqdan çəkinmədi”.

O, Ermənistanın təcavüzkar siyasətinin öz xalqına fayda gətirməyəcəyini bildirib.


04:40 30.09.2020
Xəbər lenti
Bütün xəbərlər