KANAL24.AZ
Az Iw En Ru

Qaçaqmalçılıq yolu ilə Bakıya gətirilməsinin qarşısı alındı

Qaçaqmalçılıq yolu ilə külli miqdarda dərman preparatlarının Malayziya-Özbəkistan-Azərbaycan marşrutu ilə Bakıya gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Kanal24.az-a bildiriblər ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları Bakıya gələn Rusiya Federasiyasının vətəndaşı Maqomed Qazimaqomedovu saxlayıblar. Ona məxsus baqaja və əl yüklərinə baxış keçirilib. M. Qazimaqomedovun çamadanından və əl çantalarından 2496 kapsul 450 milliqramlıq “Phyto Andro for Him” adlı dərman preparatları aşkar olunaraq götürülüb.
Faktla bağlı təhqiqat aparılır.


22:04 30.10.2014
Xəbər lenti
Bütün xəbərlər