"Qarabağ" - "Dundalk" (3:0) oyunundan sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.
Ölkəmizin mövqeyində dəyişiklik olmayıb. Azərbaycan 16.625 xalla 26-cı pillədə qalıb.
Qazaxıstan və Belarus xal itirsə də, hələlik ölkəmiz cədvəldə bu dövlətləri keçə bilməyib.
Qeyd edək ki, siyahıya 85.783 xalla İspaniya başçılıq edir.