KANAL24.AZ
Az Iw En Ru

Bakıda dəhşət: Prezident təqaüdçüsü olan xanım idmançımız intihar etdi

Avropa çempionu olan gimnastımız intihar edib.
 
Hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.
 
2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.
 
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
 
Qeyd edək ki, A.Məmmədzadə prezident mükafatçısıdı və akrobatika üzrə dörtqat Avropa çempionudu.

21:48 10.07.2019
Xəbər lenti
Bütün xəbərlər