KANAL24.AZ
Az Iw En Ru

Milli Məclisin deputatı AŞPA komitəsinin iclasında iştirak edəcək

Dekabrın 8-də Parisdə Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin iclası keçiriləcək. İclasda Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov iştirak edəcək.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, iclasda Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin rolu və onların müdafiəsinin gücləndirilməsi, Avropada QHT fəaliyyətlərinin haqsız məhdudlaşdırılmasının önlənməsi mövzularında məruzələr dinləniləcək, insan hüquqları müdafiəçilərinin qorunması üzrə baş məruzəçi vəzifəsinin yaradılması, yeni məruzəçilərin müəyyən olunması barədə müzakirələr aparılacaq.

Deputat Rafael Hüseynov müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, qeyd və təkliflərini bildirəcək.


17:04 05.12.2015
Xəbər lenti
Bütün xəbərlər