KANAL24.AZ
Az Iw En Ru

Yeni Yurd təşkilatı Şamil Sabiroğlunu mükafatlandırdı

Kanal24 xəbər verir ki, bu günlərdə "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Tərəqqi" medalının mükafatçısı, müharibə veteranı, Şamil Sabiroğlunun 50 illik yubiley mərasimi keçirilib.

Yubiley mərasimində ictimai-siyasi xadimlər, elm adamları, ziyalılar və digər şəxslər iştirak ediblər.

"Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədova vətən qarşısındakı müstəsna xidmətlərini, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınması üçün çəkdiyi əziyyətləri qiymətləndirərək jurnalist Şamil Sabiroğlunu xüsusi Diplomla təltif edib. 

Gecədə çıxış edən Mahirə Əsədova Şamil Sabiroğlun ictimai fəaliyyətini yüksək dəyərləndirib. Və ona fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, gecədə Ş.Sabiroğlunun döyüş yolu haqqında videoçarx nümayiş edilib.

 


01:59 02.12.2015