KANAL24.AZ
Az Iw En Ru

Zülfiyyə yenidən xəstəxanada: "Müalicəmin ən ağır dönəmi başladı"

Aparıcı İlqar Mikayıloğlunun xərçəng xəstəliyindən əziyyət çəkən həyat yoldaşı Zülfiyyə Bayramova yenə xəstəxanaya yerləşdirilib.

Həm aparıcı, həm də vəkil olan Zülfiyyə palatadan çəkdirdiyi şəkli izləyiciləri ilə bölüşüb və yazıb:

"Müalicəmin ən ağır dönəmi başladı. Milli Onkologiyanın tibbi heyəti mənə görə çox narahatdı. Sağ olun ki, mənə belə dəyər verirsiniz. İnşaAllah əlbir olub bu dönəmi də geridə qoyarıq.

Amma narahat deyiləm, bilirəm ki, göydə Allah yerdə sizin, sevimli izləyicilərim, dualarınız məni həmişəki kimi dim-dik ayaqda saxlayacaq.".

Qeyd edək ki, Z.Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib.

Onun mədəsindəki şiş götürülüb. Azərbaycanda baş tutan əməliyyat uğurlu keçib. Əməliyyatdan sonra aparıcı Türkiyədə bir kurs müalicə alıb.

O, mualicəsini Bakıda davam etdirir. Bir müddət əvvəl isə Bayramova saçının töküləcəyini nəzərə alaraq keçəl olmağa qərar verib. Ona isə dəstək məqsədi ilə həyat yoldaşı İlqar Mikayıloğlu, oğlu, qardaşı, qardaşı oğlu, bir çox yaxınları, eləcə də, tanınmış simalar saçlarını keçəl kəsdiriblər.

 

22:19 30.09.2018
Xəbər lenti
Bütün xəbərlər