KANAL24.AZ
Az Iw En Ru

Rəbiyyət Aslanovanı Bahar Muradova əvəz etdi

Milli Məclisin V çağırış sessiyasının bu gün keçirilən birinci iclasında Milli Məcliin komitələrinə yeni sədrlər seçilib və bir neçə yeni komitə yaradılıb.

Kanal24 xəbər verir ki, komitə rəhbərliklərində bəzi dəyişikliklər olub. Səsvermə nəticəsində Hüquq siyasəti və dövlət məsələləri komitəsinə Əli Hüseynli, Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinə Ziyafət Əsgərov, Elm və təhsil komitəsinə İsa Həbibbəyli, Mədəniyyət komitəsinə Rəfael Hüseynov, İnsan hüquqları komitəsinə Bahar Muradova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə Səməd Seyidov, Əmək və sosial siyasət komitəsinə Hadı Rəcəbli, Aqrar siyasət komitəsinə Eldar İbrahimov, İqtisadi siyasət və sahibkarlıq komitəsinə Ziyad Səmədzadə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, yeni yaradılan Səhiyyə komitəsinə Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinəAqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinə Siyavuş Novruzov, Gənclər və idman komitəsinə isə Fuad Muradov sədr seçilib.

Qeyd edək ki, bundan əvvəl Elm və təhsil komitəsinə Şəmsəddin Hacıyev, Mədəniyyət komitəsinə Nizami Cəfərov, İnsan hüquqları komitəsinə keçmiş millət vəkili Rəbiyyət Aslanova rəhbərlik edib.


22:19 24.11.2015
Xəbər lenti
Bütün xəbərlər