KANAL24.AZ
Az Iw En Ru

Ziyafət Əsgərovun səlahiyyətləri artırıldı

V çağırış Milli Məclisin bu gün keçirilən ilk iclası komitələrdə baş verən dəyişikliklərlə yadda qalıb. 

İclasda mövcud üç komitənin adında dəyişiklik edilib. Belə ki, Müdafiə və təhlükəsizlik komitəsinin adı bundan sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi (sədri Ziyafət Əsgərov), İqtisadi siyasət komitəsinin adı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi (sədri Ziyad Səmədzadə), Sosial siyasət komitəsinin adı Əmək və sosial siyasət komitəsi (sədri Hadı Rəcəbli) adlandırılacaq.

Bundan başqa Milli Məclisin Mədəniyyət, Elm və təhsil, o cümlədən də İnsan Hüquqları komitələrinin sədrləri isə yeniləri ilə əvəz edilib.  

Həmçinin iclasda əlavə olaraq dörd yeni komitə də yaradılıb. Bunlar Səhiyyə komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi, İctimai birliklər və dini qurumlar komitəsi, Gənclər və idman komitələridir.


22:49 24.11.2015