Bu gün V çağırış Milli Məclisin (MM) ilk sessiyasında MM sədri müavinlərinin seçkisi keçirilib.
Ziyafət Əsgərov MM sədrinin I müavini, Bahar Muradova və Valeh Ələsgərov isə sədr müavinləri seçiliblər.
Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, adı çəkilən şəxslər bundan əvvəlki çağırışda da MM sədrinin müavinləri olublar.