KANAL24.AZ
Az Iw En Ru

Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşüb

Kanal24 xəbər verir ki, “Yeni Yurd” təşkilatının üzvləri Ağdam rayonuna səfər edib. Səfər çərçivəsində təşkilatın sədri Mahirə xanım Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşüb.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Mahirə xanımı və təşkilat üzvlərini görməkdən şad olduğunu bildirib. O qeyd edib ki, təşkilatla icra hakimiyyəti arasında münasibətlər uğurla davam etdirilir. “Yeni Yurd” təşkilatının rayonda həyata keçirdiyi xeyriyyə tədbirlərindən söz açan icra başçısı bildirib ki, ictimai birliyin maliyyə dəstəyi ilə rayonunun cəbhə xəttində yerləşən Əhmədağalı kəndində qazılan subartezian quyusundan 148 evə, 1 məktəb və 1 xəstəxanaya su xətləri çəkilib. Raqub Məmmədov ümidvar olduğunu bildirib ki, gələcək illərdə də humanitar sahədə Ağdam Rayon İcra Hakimiyyəti ilə “Yeni Yurd” təşkilatı arasında münasibətlər davam etdiriləcəkdir.

Mahirə xanım Əsədova yenidən Ağdamda olmağından məmnunluğunu ifadə edib. Təşkilat sədri deyib ki, hər dəfə Ağdama gələndə quruculuq-abadlıq işlərinin şahidi olur. Mahirə xanım bildirib ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət onu deməyə əsas verir ki, bölgələrimiz sürətlə inkişaf edir. Hökümət tərəfindən qəbul edilən "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" yerlərdə uğurla icra olunur. Bu isə yeni-yeni iş yerlərinin açılmasına rəvac verir. İşsizlik problemi aradan qaldırılır. Əhalinin maddi-rifah halı yüksəlir deyə, Mahirə Əsədova vurğulayıb.

Təşkilat sədri onu da diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun reallaşdırdığı xeyriyyə təbirlərinə dəstək olmaq məqsədi ilə rəhbərlik etdiyi ictimai birlik hər zaman ənənəsinə sadiq qalaraq xeyriyyəçilik edir.

Görüşün sonunda xatirə şəkli çəkdirildi.

Fotoları təqdim edirik:

 


22:00 11.11.2015
Xəbər lenti
Bütün xəbərlər