KANAL24.AZ
Az Iw En Ru

Canavar evə girərək 4 uşağa hücum edib

Bu gecə Cəlilabad rayonunun Buravar kəndində tükürpədici hadisə baş verib.

Hadisə şahidlərinin Kanal24.az-a verdiyi məlumata görə, kənd sakini Yusif Şahmarovun ailəsi canavar hücumuna məruz qalıb.

Hadisə ilə bağlı Trend-ə məlumat verən ev sahibi Yusif Şahmarov bildirib ki, canavarın evə hücumu nəticəsinə dörd uşaq yaralanıb: "Hadisə axşamçağı baş verib. Valideynlər təsərrüfat işləri ilə əlaqədar həyətdə olarkən uşaqlardan biri də onların yanında imiş. Bu zaman canavarın yaxınlaşdığını görən uşaq əlindəki vedrəni ona tərəf tullayıb və evə qaçıb. Canavar uşağın arxasınca evə girib, otaqda televizora baxan digər uşaqlara da hücum edib, uşaqlardan birini aparmağa çalışıb".

Hadisə nəticəsində 3 qız, 1 oğlan yaralanıb. Uşaqların səsinə gələn valideynlər canavarı öldürüblər.


17:52 27.10.2014