KANAL24.AZ
Az Iw En Ru

Bərdədə evdə partlayış olub

Bərdədə evdə partlayış olub, iki nəfər xəsarət alıb.

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Kətəlparaq kəndində vətandaşa məxsus ümumi sahəsi 156 kv. m olan kürsülü, birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnməyən partlayış hadisəsi baş verib.

Nəticədə evin karton və lambirdən ibarət tavan hissəsi qismən tökülüb və pəncərə şüşələri qırılıb.

Partlayış zamanı 2 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


16:21 27.10.2014
Xəbər lenti
Bütün xəbərlər