KANAL24.AZ
Az Iw En Ru

Prezident İlham Əliyevin sahibkarlığa qayğısının bariz nümunəsi.....

Kanal24 xəbər verir ki, Ağdam rayonunun cəbhə xəttində yerləşən Əhmədağalı kəndində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin (İB) təşəbbüsü ilə qazılan subartezian quyusundan 148 evə, 1 məktəb və 1 xəstəxanaya su xətləri çəkilib. Bu məqsədlə noyabrın 9-da "Yeni Yurd"-un sədri Mahirə xanım Əsədova təşkilat üzvləri ilə birlikdə Ağdam rayonunun Əhmədağalı kəndinə gedərək su çəkilən evlərdə olublar.

Uzun illərdir ki, su problemi yaşayan Əhmədağalı kəndinin sakinləri "Yeni Yurd" təşkilatının üzvlərini qonaqpərvərliklə qarşılayıblar. 

Kənd sakinləri ilə görüşən Mahirə xanım Əsədova yenidən bu kənddə olmağından məmnunluğunu ifadə edib. Təşkilat sədri deyib ki, insanların yaşayışı üçün su mühüm amildir: "Mən çox şadam ki, Əhmədağalı kəndinin böyük bir hissəsi su ilə təmin olunub. Əvvəllər kənd sakinləri uzaq yerlərdən evlərinə çox çətinliklə su gətirirdilər. Artıq buna ehtiyyac qalmayıb. Çünki “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin (İB) təşəbbüsü ilə qazılan subartezian quyusundan birbaşa sakinlərin evlərinə su xətləri çəkilib. Onlar da rahatlıqla sudan istifadə edə bilirlər."

Mahirə xanım onu da qeyd edib ki, yaxın zamanlarda susuzluqdan əziyyət çəkən digər kəndlərdə də subartezian quyuları qazılaraq istifadəyə veriləcək.

Kənd sakinləri xeyriyyə işlərini həyata keçirdiyinə görə Mahirə Əsədova təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin sahibkarlığa göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, sahibkar xanım maliyyə imkanları hesabına susuzluq problemi yaşayan kənd sakinləri üçün subartezian quyusu qazdıraraq əhalinin istifadəsinə verib.

Daha sonra sakinlərlə birlikdə həyətə çəkilən su xətlərinə baxılıb. Təşkilat üzvləri yeni çəkilən su xəttindən su içiblər. 


22:16 10.11.2015
Xəbər lenti
Bütün xəbərlər