KANAL24.AZ
Az Iw En Ru

“Yeni Yurd” Dövlət Bayrağı günündə əsgərləri sevindirdi

Kanal24 xəbər verir ki, noyabrın 9-da “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi Dövlət Bayrağı günü münasibəti ilə ön cəbhədə yerləşən “N” saylı hərbi hissənin zabit, gizir və əsgərləri ilə görüş keçirib.

Tədbirdə çıxış edən “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu hərbi hissə rəhbərliyinə o cümlədən Müdaifə Nazirliyinə belə önəmli gündə əsgərlərimizlə görüşməyə icazə verdikləri üçün təşəkkür edib.

Daha sonra söz "N" saylı hərbi hissəsnin komandir müavini zabit Səməd Məmmədova verilib. Hərbi hissə komandiri Dövlət Bayrağı gününü onlarla birlikdə qeyd edən "Yeni Yurd" təşkilatının sədrinə minnətdarlığını bildirib. O bildirib ki, bu tip görüşlər əsgərlərin əhval-ruhiyyəsini daha da yüksəldir, döyüş əzmini gücləndirir. 

 “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədova əsgərləri salamlayaraq deyib ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü ön cəbhədə əsgərlərimizlə birgə qeyd etmək, onlarla bu günün sevincini paylaşmaq daha qürurvericidir: "Biz dövlətimizin,bayrağımızın,insanlarımızın keşiyində dayanan hər bir əsgərimizin yanındayıq. Hərbiçilərimizdə vətənpərvərlik ruhunun yüksəlməsində Ali baş komandan, prezident İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı xüsusi əhəmiyyət kəsb edir".

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehmən Məmmədov “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovaya təşəkkürünü bildirdi. O bildirdi ki, adı çəkilən təşkilat ilə Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşlığı uzun müddətdir davam edir: “Yeni Yurd” Sosial İnkişaf ictiami birliyinin bir başa dəstəyi ilə  Ağdam rayonunun Əhmədağalı kəndində artezian quyusu qazılaraq evlərə su çəkilib. Bu gündə bizim rayonun ərazisində yerləşən "N" saylı hərbi hissədə  ictimai birlinin kollektivini görmək çox xoşdur”

Daha sonra əsgərlərin görüşünə gələn Milli Qəhrəman Fred Asif adına Fondun rəhbəri Ədalət Məhərrəmov,“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin şöbə müdiri, şairə Dilbər Sultanova, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədr müavini Natiq Qasımov, təşkilatın şöbə müdiri İlkin Məmmədzadə, idarə heyyətinin üzvü Şəhla Qasımova çıxış edərək igid oğullarımıza, qəhrəman əsgərlərimizə vətənin keşiyində möhkəm  dayanmağa, Azərbaycan xalqının onlara olan inamını həmişə olduğu kimi doğrultmağa çağırıblar.

Bayram tədbirində hərbi xidmətdə fərqlənən əsgərlər mükafatlandırılıb. Hərbi hissənin əsgər və zabit heyyətinə "Yeni Yurd" təşkilatının bayram sovqatları təqdim edilib. Müğənnilərin ifasında mahnılar səsləndirilib, əsgərlər rəqs ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

PS: Hörmətli izləyicilər "Yeni Yurd təşkilatının əsgərlərlə görüşündən hazırlanan geniş video-reportajı Kanal24.az İnternet TV-də tezliklə izləyə biləcəksiniz!

Tədbirdən şəkilən fotoları təqdim edirik:

 


08:17 10.11.2015
Xəbər lenti
Bütün xəbərlər