KANAL24.AZ
Az Iw En Ru

"Yeni Yurd" Hacı Zeynalabdin Tağıyev haqqında kitab nəşr etdirdi

Kanal24 xəbər verir ki, Türkiyədə Marmara Universitetinin professoru Okan Yeşilotun Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən yeni kitabı nəşr olunub.

Bu münasibətlə "Hacı Zeynalabdin Tağıyev" irsinin araşdırmaçısı Türkiyə Marmara Universitetinin professoru Okan Yeşilot “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova ilə görüşüb.

Mahirə xanıma təşəkkürünü bildirən Okan Yeşilot kitab barədə ətraflı məlumat verib. O deyib ki, tarixi şəxsiyyətlərə həsr edilən kitablar gələcək nəsillərə əmanətdir: “Bu işdə hərtərəfli bir şəxsin həyat və fəaliyyətini təhlil edərkən əksikliklərimizin olmaması mümkün deyildi. Ancaq maddi və mənəvi imkanlar nisbətində hazırladığımız bu işin gələcəkdə Tağıyevin həyatından bir çox bilinməyən məqamları ortaya çıxaracaq. Eyni zamanda bu kitabın araşdırmaçılara yol göstərməsi ən böyük arzumuzdur”.

Professor Okan Yeşilot əsərin çap olunmasında Mahirə Əsədovanın maddi və mənəvi dəstək olduğunu vurğulayıb, və bundan sonrakı fəaliyyətində ictimai birliyə uğurlar arzu edib.

Mahirə xanım Əsədova Okan Yeşilotla görüşməkdən məmnunluğunu ifadə edib. Təşkilat sədri bildirib ki, "Yeni Yurd" hər zaman elm xadimlərinə, ziyalılara diqqət və qayğı ilə yanaşır. Mahirə xanım qeyd edib ki, qardaş ölkə olan Türkiyədə belə kitabların dərc edilməsi ölkələrimiz arasında mövcud olan mədəni əlaqələrin uğurlu inkişafına mühüm töhfədir.

Sonda xatirə şəkli çəkdirilib


23:00 08.11.2015