KANAL24.AZ
Az Iw En Ru

Azad Rəhimov Goranboyda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 6-da Goranboy rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Gəncə, Naftalan şəhərləri, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir və Tovuz rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 12:00-da Heydər Əliyev Mərkəzində (Goranboy şəh, Heydər Əliyev prospekti-4, Heydər Əliyev parkının ərazisi, RİH ilə üzbəüz ) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 03 –dən 05-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.


Gəncə - 050(55)-361-88-71

Naftalan - 050-387-66-96

Ağstafa - 055-222-85-68

Daşkəsən - 050-475-11-81

Goranboy - 050-204-66-12 

Göygöl - 050-225-93-29

Gədəbəy - 051-790-05-17

Qazax - 050-335-86-81

Samux - 050-571-47-00

Şəmkir - 050(55)-388-36-46

Tovuz - 050-346-85-28


22:44 03.11.2015