KANAL24.AZ
Az Iw En Ru

Alovlu siyasətçilər yenidən parlamentdə

Azərbaycanda artıq tarixə çevirilən V çağırış parlament seçkiləri bir neçə maraqlı nəticələri ilə yadda qalıb. 

“Qafqazinfo” xəbər verir ki, seçkinin nəticələrinə əsasən yeni parlamentin deputatı adını qazanan iki şəxs sosial şəbəkələrdə daha çox müzakirə olunur. Onlardan biri Araz Əlizadə, digəri Tahir Kərimlidir. Azərbaycan siyasətində demək olar ki, müstəqillik qaznılandan bəri siyasətçi kimi fəaliyyət göstərən hər iki yeni deputat həm də özünəməxsus siyasi dialektikaları ilə fərqləniblər. Onların heç bir ölçü gözləmədən emosional çıxış tərzləri cəmiyyətdə heç vaxt birmənalı qarşılanmayıb. İndi onların hər ikisi yeni siyasi düzənin iştirakçılarıdır. Maraqlıdır ki, onlar yenə də öz amplualarına sadiq qala biləcəklərmi?

Oxucullara vaxtilə T. Kərimlinin parlamentdə etdiyi alovlu çıxışlardan birini təqdim edirik:


23:42 02.11.2015
Xəbər lenti
Bütün xəbərlər