KANAL24.AZ
Az Iw En Ru

Ən çox diqqət çəkən dairə üzrə lider namizədin adı açıqlandı

İqbal Ağazadə ikinci yerdə qərarlaşıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilən V çağırış seçkilərdə 35 saylı Xətai Üçüncü Seçki Dairəsi üzrə lider namizədi açıqlayıb.

Bu seçki dairəsində 47,3 faiz səslə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə lider namizəd olub, Ümid Partiyasının sədri İqbal Ağazadə ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan üzrə 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən, yəni 5547 seçki məntəqəsindən daxil olan 2 milyon 894 min 515 seçki bülleteninin sayılması prosesi başa çatıb.


20:31 02.11.2015
Xəbər lenti
Bütün xəbərlər