KANAL24.AZ
Az Iw En Ru

O xalqın Millət Vəkilidir....

Ölkəmizdə keçirilən parlament seçkilərində 51 saylı Qusar seçki dairəsindən deputalığa namizəd olan sahibkar xanım Jalə Əmirbəyova deputat seçilməsədə o sözün həqiqi mənasında Millət Vəkilidir. Bunu yazmaqda sözümün canı var....

Kanal24 olaraq istər seçki dövrü olsun, istərsə də ayrı-ayrı zamanlarda Jalə xanımın fəaliyyəti ilə bağlı sujetlər lentə almışıq, sahibkar xanım haqqında "Ömür Səhifəsi" adlı sənədli FİLM də çəkmişik.

https://www.youtube.com/watch?v=2I_47Uxyv6A

Çəkilişlər ərəfəsində Jalə Əmirbəyovanı daha da yaxından tanıdım. Onun kimliyinə, şəxsiyyətinə bələd oldum. Çox maraqlı müsahibdir. Zəngin biliklərə sahibdir. 

J.Əmirbəyovanı tanıdığım zamandan bu günədək hər zaman xalqını, millətini sevən, dövlətinə sadiq görmüşəm. Jalə xanım kimsəsiz ailələrin yanan çırağı, dar günün vəfalı dostudur. Qayğıkeş ana olan Jalə xanım hər zaman müxtəlif tip xeyriyyə tədbirləri gerçəkləşdirir. Özünü tanıtmaq, reklam xatirinə bunları etmir. İnsanları sevdiyindən, onlara qayğı göstərdiyindən edir.

https://www.youtube.com/watch?v=JXDOu7yZm4c

 

O torpağa bağlı insandır. Torpağını canından da çox sevir. Əkib-becərir torpağı. Yararsız torpaqlardan bol məhsul yığır. Sözün həqiqi mənasında torpağın dilini bilir. Bunun da məntiqi nəticəsidir ki, sahibkarlıq fəaliyyətini günü-gündən genişləndirir. İşsiz ailələri işlə təmin edir. 

Bütün bunları yazmaqda məqsədim Jalə Əmirbəyovanı tərif etmək deyil. Onun həyata keçirdiyi işlərin canlı şahidi olduğumu diqqətinizə çatdırmaqdır.

Hər zaman xalqının yanında olan Jalə Əmirbəyova onların problemlərini dinləyir, gücü çatdığı qədər öz köməyini əsirgəmir. Qusarlılarda onu sevir. Kimliyinə, şəxsiyyətinə yaxından bələddilər. Müşahidələrimdən bunları deyirəm. Dəfələrlə şahidi olmuşam ki, Jalə xanımı görən kimi ona yaxınlaşıblar, dərdlərini danışıblar, problemlərini deyiblər. Xalqın vəkili olmaq məncə budur!

Əziz oxucular Jalə xanım haqqında səhifə-səhifə yazılar yaza bilərəm. Ancaq bunu etmirəm. Ona görə ki, soydaşları Jalə Əmirbəyova şəxsiyyətinə yaxından bələddilər.

Sonda Jalə xanımın facebook üzərindən hər kəsə, sevdiklərinə, dostalarına ünvanladığı statusu diqqətinizə çatdırıram.

 

Əziz qohumlarım və dostlarım!!!


Hamınıza mənə göstərdiyiniz dəstək və sevgiyə görə, mənə olan inamınıza görə minnətdarlığımı bildirmək istəyirəm!!!

Bu seçkilərdə müvəffəqiyyət əldə edəcəyimə əmin olmağımın səbəbi - Qusar rayonunun sakinlərinin həqiqətən MİLLƏT vəkili seçmək istəyidir. Seçki kampaniyama başlayarkən mən namizəd olaraq rayonda bu dərəcədə səmimi dəstəklə üzləşməyimi gözləmirdim. Seçicilərlə apardığım görüşlər mənim üçün zəngin həyat təcrübəsi və tükənməz qüvvə mənbəyinə çevrildi. Buna görə də bütün Qusar rayonunun sakinlərinə bir daha mənə etibar etdikləri üçün öz dərin minnətdarlığımı bildirirəm. Onlara üz tutub demək istəyirəm ki, seçkilərin nəticələrindən asılı olmadan, mən həmişə yanınızda, bizim Qusarımızda olacağam.Həmişəki kimi sizin problemlər və diləklərinizi imkanım və gücüm çatdığı təqdirdə həll etməyə çalışacağam, heç vaxt köməyimi sizdən əsirgəməyəcəyəm.

Seçkilərdə böyük səs üstünlüyü ilə indiki millət vəkili, YAP üzvü Azər Badamov qalib gəldi. Seçim edildi; ümüd edirəm ki, heç olmasa növbəti beş il ərazində o xalqa daha yaxın olacaq, onların problemləri və tələbləri ilə maraqlanacaq, bir sözlə, millətin vəkili olduğunu öz işi ilə sübut edəcək...

Bir daha hamınıza mənə inandığınıza, dəstək olduğunuza görə təşəkkür edirəm!!!

Artıq çox yorulmuşam... İstirahət etməyə ehtiyacım var...

 


Müəllif: Tural Əhmədov
20:17 02.11.2015