KANAL24.AZ
Az Iw En Ru

İspaniyalı müşahidəçilər: Azərbaycanda parlament seçkiləri azad və şəffaf keçirilir

Bunu Secki-2015.az saytına seçki prosesi barədə təəssüratlarını bölüşən ispaniyalı müşahidəçilər deyib.

Altava Laval Manuel deyib: “Mən artıq ikinci dəfədir ki, Bakıya müşahidəçi olaraq gəlirəm. Bu və keçən dəfəki seçkilər arasında inkişafı müşahidə etmişəm. Məsələn, bu seçkidə əlil insanlar üçün səsvermə imkanlarının evlərdə təşkil olunması irəli doğru addımdır. Həmçinin, budəfəki seçkilərdə qadınlar daha aktivdirlər. Bu, çox önəmli faktordur. Ümid edirəm, bu müsbət irəliləyişlər davam edəcək”.

Ortis Peres Xuan Xose bildirb: “Bu artıq mənim Azərbaycana 12-ci səfərimdir. İnsanların azad və sakit şəkildə seçkilərdə gəlib iştirak etməsi çox müsbət haldır. Bu, demokratiyanın inkişafını göstərir. Azərbaycana hər dəfə gələndə dəyişiklikləri görür, Bakının, infrastrukturun inkişafını müşahidə edirəm. Bu isə öz növbəsində, insanlarda seçkiyə marağın və loyallığın artmasına səbəb olur”.

Visente Kol Betoret isə qeyd edib: “Azərbaycan yeni demokratik ölkə olsa da, seçkilər azad və şəffaf şəkildə keçirilir. Bu məni təəccübləndirir. Mən 2013-cü ildəki seçkilərdə müşahidəçi kimi iştirak etmişəm. İnsanların hörmətlə davranması, sakitliyi, ən əsası açılış prosesində himnin səslənməsi çox gözəl təəssürat yaradır. Bu cür hallar İspaniyada olmur”.


02:04 02.11.2015