KANAL24.AZ
Az Iw En Ru

Belarus MSK: Azərbaycan vətəndaşları seçki hüquqlarını azad reallaşdırırlar

Kanal24 xəbər verir ki, Azərbaycan vətəndaşları öz seçki hüququnu azad reallaşdırmaq imkanına malikdirlər. Bunu Trend-ə Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.

Onun sözlərinə görə, bütün seçki məntəqələrində sakit və xoş ab-hava hökm sürürdü, xeyli sayda yerli və Aİ ölkələrinin müşahidəçiləri iştirak edirdi.

L.Yermoşina qeyd edib ki, səsvermə insidentsiz keçir və şikayətlər daxil olmayıb: "Müşahidəçilərin məntəqə seçki komissiyalarına heç bir iradı yoxdur".

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edib. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyib.

Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə “exit-poll” keçirib.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.


02:35 02.11.2015
Xəbər lenti
Bütün xəbərlər