KANAL24.AZ
Az Iw En Ru

“Heç bir insident baş verməyib” - Ramiz Mehdiyev

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev bu gün keçirilən parlament seçkilərində səs verib. PA rəhbəri 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Kanal24 xəbər verir ki, səsvermədən sonra administrasiya rəhbəri atv-yə açıqlamasında seçki haqda fikirlərini bölüşüb:

“Seçicilərin iştirakını yüksək dəyərləndirirəm, saat üçə qədər 43 faiz seçici səs verib. Heç bir insident baş verməyib”.

Beyəlxalq təşkilatların bəzilərinin seçkilərdə iştirak etməməsi ilə bağlı PA rəhbəri bildirib ki, o təşkilatlara müraciət edilmişdi:

“Bu, ikili standartın ən bariz nümunəsidir”.


01:39 02.11.2015