KANAL24.AZ
Az Iw En Ru

50 faizi keçdi...

Saat 17:00-a olan rəsmi məlumata görə, respublika üzrə seçici fəallığı müşahidə olunub.

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, bu saata qədər respublika üzrə səs vermiş seçicilərin ümumi sayı 2 605 948 nəfərdir.

Respublika üzrə seçici fəallığı 50,1 faiz müşahidə olunub.

Qeyd edək ki, ölkə üzrə seçicilərin ümumi sayı isə 5 198 658 nəfərdir.

***

Bu saata qədər MSK-ya seçkilərlə əlaqədar şikayət daxil olmasa da, "Qaynar Xətt"ə ə 92 sorğu xarakterli müraciət daxil olub.


00:32 02.11.2015
Xəbər lenti
Bütün xəbərlər