KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın ən yaşlı seçicisi səs verdi - 126 yaş

89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 24 saylı seçki məntəqəsi 126 yaşlı Gözəl Dadaşovanın seçkilərdə iştirakını təmin edib. 
 
APA-nın yerli bürosunun xəbərinə görə, saat 10:00 radələrində Ağdaş rayonunun Qulbəndə kəndində yerləşən seçki məntəqəsinin üzvləri qadının yaşadığı evə daşınan seçki qutusu gətiriblər.
 
Ağdaşın Orta Qəsl kənd sakini olan 1889-cu il təvəllüdlü Gözəl Dadaşova onunla yaşayan 77 yaşlı kiçik oğlu Soltan Dadaşovun, 79 yaşlı gəlini Hənifə Dadaşovanın, 53 yaşlı nəvəsi Hikmət Dadaşovun və onun 51 yaşlı həyat yoldaşı Gülçöhrə Dadaşovanın da səsvermədə iştirak etdiyini bildirib. Yaşının çox olmasına baxmayaraq sərbəst hərəkət edən və yaddaşından şikayəti olmayan 126 yaşlı Gözəl Dadaşova dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak etdiyini və bu gün də sərbəst şəkildə bülleteni doldurduğunu bildirib.     
 
Qeyd edək ki, Azərbaycanın ən uzunömürlü seçicisi olan Gözəl Dadaşovanın 2 övladı, 10 nəvəsi, 21 nəticəsi, 11 kötücəsi var.

20:27 01.11.2015
Xəbər lenti
Bütün xəbərlər