KANAL24.AZ
Az Iw En Ru

Yol polisindən taksi sürücülərinə xəbərdarlıq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi son günlər paytaxt ərazisində taksi sürücülərinin lisenziya olmadığına görə yol polisi tərəfindən cərimə olunması xəbərinə münasibət bildirib. 

Kanal24 xəbər verir ki, idarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan hər hansı sürücüyə lisenziyaya görə inzibati protokol tərtib olunmayıb: «Hazırda lisenziya ilə bağlı prosedur hazırlanır. Yol polisi olaraq bildiririk ki, taksi fəaliyyəti ilə məşğul olanlar özlərini, avtomobillərini və müvafiq sənədlərini indidən hazırlasınlar. Yeni qaydalar təsdiqlənib yayılandan sonra müvafiq qaydada müraciət edib lisenziya alsınlar. Əks halda, yol polisi lisenziyasız fəaliyyət göstərən taksi sürücülərini cərimə edəcək».


21:14 30.10.2015
Xəbər lenti
Bütün xəbərlər