KANAL24.AZ
Az Iw En Ru

Abid Şərifov: Azərbaycanda aviasiyanın inkişafına 15 milyard dollar vəsait qoyulub

Son 10 ildə Azərbaycanda aviasiyanın inkişafına təqribən 15 milyard dollar vəsait qoyulub.

Bunu Baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclasında deyib.

A.Şərifovun sözlərinə görə, bu vəsait hesabına 4 yeni aeroport tikilib və 2 mövcud aeroport tam modernləşdirilib, helikopter və təyyarə parkları tam yenilənib, ən müasir "Airbus", "Boeing" və hətta "Boeing Dreamliner" təyyarələri istismara verilib. Yerüstü servis tam modernləşdirilib və "Skytrax" tərəfindən xidmət keyfiyyətinə görə AZAL 4 ulduza layiq görülüb".


20:34 23.10.2015