KANAL24.AZ
Az Iw En Ru

“Mənim mobil telefonumun ekranında onun şəkli var, öz oğlumun şəklini heç ora qoymamışam” - MÜSAHİBƏ

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.

Festivalla bağlı AZXEBER.COM portalı “Azərbaycan qadını” layihəsinin rəhbəri, Heydər Əliyevə həsr edilmiş “Böyük dayaq: zərifliyin keşiyində” filminin müəllifi Mahirə Əsədovanın münasibətini öyrənib. Söhbətimiz zamanı, Mahirə Əsədovanın bir neçə bundan öncə Mübariz İbrahimova həsr etdiyi teatr tamaşasının layihə sponsoru olduğunu öyrəndik. Mübariz İbrahimov haqqında həyata keçirdiyi layihəsi haqqında danışan Mahirə Əsədova bu festivalın keçirilməsini yüksək qiymətləndirib: “Vətənpərvərlik haqqında filmlər, kitablar, teatrlar vacibdir, çünki bizim şagirdlər bilsələr ki, öz analarını, bacılarını qorumaq üçün, əsirlərin, qaçqınların intiqamını almaq üçün canından keçən oğullar var bu onlara örnək olar. Mübariz İbrahimov da belə oğullardandır. Düşünürəm ki, onun xatirəsinə belə bir festivalın hazırlanması çox müsbət haldır” deyib. AZXEBER.COM portalı həmin müsahibəni təqdim edir...

Bu ideya sizdə necə yarandı?

Mənə elə gəlir ki, hər bir Azərbaycan övladı, istər qadın, istər kişi olsun, onun qəlbində vətən sevgisi olmalıdır. Ümumilikdə Mübarizə aid bir tamaşanın qoyulması ideyası məndə çoxdan var idi. Çünki mən onun atdığı bu addımı həm islami nöqtədən, həm də vətənə olan sevgi tərəfdən daha böyük qiymətləndirirəm. “Qurani-Kərim”də də qeyd olunur ki, 3 təbəqədən olan insanlar bu dünyada cənnəti fəth edə bilərlər. Bunlar şəhidlər, möminlər, Allah yolunu sevənlərdir. Düşünürəm ki, Mübariz Allahın bizə bəxş etdiyi ən uca zirvədə əyləşib. Allahın sevdiyi bəndəsi olmaq hər kəsə qismət olmur. Ancaq hər kəs gözəl bilir ki, bu zirvə Mübarizin zirvəsi oldu. Mənim mobil telefonumun ekranında onun şəkli var, öz oğlumun şəklini heç ora qoymamışam.

Tamaşa nədən bəhs edirdi?

Tamaşanın rejissoru Bəybala müəllim idi. Tamaşa Mübarizin şəhid olmasından bir neçə ay sonra səhnələşdirildi və inanın, çox böyük marağa səbəb oldu. Tamaşada gənclər, orta yaşlı insanlar iştirak edirdilər.

Bəs tamaşadakı aktyorlar peşəkarlardan təşkil edilmişdi, yoxsa gənclərdən?

Aktyorlar peşəkar aktyorlar idilər. Düşünürəm ki, gələcəkdə biz də bu tamaşanı gənclərin ixtiyarına buraxa bilərik.

Mahirə xanım, sizin üçün vətənpərvərlik nə məna kəsb edir?

Vətənpərvərlik ilk növbədə vətənini sevməkdən irəli gəlir. Vətənpərvər olmaq üçün hər bir vətəndaş öz vəzifə borcunu layiqincə yerinə yetirməlidir.Hər bir şəxs öz işləri ilə vətənpərvərliyini sübut edir.
Mahirə xanım, teatrlarımızda yaradıcı gənclərin azlığını nə ilə əlqələndirirsiniz?
Bilirsiniz, bura bir çox sosial problemlər də daxildir, ancaq ən əsas məsələ yaradıcı gənclərin fəaliyyətinin az olmasıdır.


16:39 19.10.2011
Xəbər lenti
Bütün xəbərlər