KANAL24.AZ
Az Iw En Ru

“Heç kəs kresoloda ömürlük olmamalıdır”

Dünən AXCP Etimad Qurultayı baş tutub. Qurultayda Razi Nurullayev gizli səsvermə nəticəsində AXCP-nin sədri seçilib.

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, qurultayda tarixi bir qərara imza atılıb. Partiyanın Nizamnaməsinə edilən dəyişikliklə, eyni şəxs bundan sonra yalnız 2 dəfə partiyaya sədr seçilə biləcək. Bu isə AXCP tarixində bir ilkdir. Qurultay iştirakçılarından 208 nəfər dəyişikliyin lehinə, 2 nəfər əleyhinə səs verib. Səs saxlayan və bitərəf olanların sayı isə 2 olub.

Bu qərarı şərh edən AXCP EQTK-nın sədri Razi Nurullayev bunu demokratiyanın qələbəsi və digər hakim və müxalifət partiyalara örnək kimi qiymətləndirib: “Bu, tarixi qərardır. Sədrin seçilmə müddətinin 2 dəfəyə endirilməsi olduqca vacibdir. Heç kəs kresoloda ömürlük olmamalıdır. Kreslo xalqa xidmət üçündür. Heç bir nəticə əldə edilməyəcəksə, o kresloda oturmaq olmaz”, deyə vurğulayıb”.

“Heç kəs kresoloda ömürlük olmamalıdır”

 


16:55 19.10.2015
Xəbər lenti
Bütün xəbərlər