KANAL24.AZ
Az Iw En Ru

Moda mütəxəssisləri baharın əsas rənglərini açıqladı - FOTO

Pantone Rəng İnstitutu 2018-ci ilin yaz və ay aylarının ən aktual çalarlarını açıqlayıb.

Bənövşə və yasəmən tonları

Cəlbedici bənövşəyi 2018-ci ilin əsas rəngi seçilib. Etiraf etmək lazımdır ki, sələfi yaşıldan fərqli olaraq bənövşəyi tonlar hər kəsə yaraşır. O yeni kolleksiyalarda doğrudan da uğurla istifadə edilib.

Kvezal yaşılı

Kvezal Cənubi Amerikada yaşayan və tünd yaşıl lələkləri olan quş növüdür. Lakin Pantone bu rəngi təkcə kvezalın qanadlarının gözəl lələkləri səbəbindən deyil, həm də nişanlısı Harri ilə efirə yaşıl paltarda çıxan Meqan Markla görə seçib. Rəng təşkilatı hesab edir ki, şahzadənin nişanlısının bu seçimi modapərəstlərin də qəlbinə və qarderobuna mütləq şəkildə yol tapacaq.

Qırmızı armud

Bu rəng şərab və albalı çalarının mürəkkəb birləşməsini xatırladır. İqlim xüsusiyyətləri nəzərə alaraq bu rəngi ilin soyuq aylarında təsəvvür etmək daha asandır. Yeri gəlmişkən tünd qırmızı zamşa gödəkçələr, ayaqqabı və həcmli sviterlər yaya qədər qarderoblarda öz mühüm yerini tutacaq.

Zəfəran ləçəyi

Çox gözəl və zərif rəngdir, xüsusilə aksessuarlarda daha effektli görünür. Məsələn, günəşdən qoruyucu eynək, ayaqqabı, çantalar və qeyri-adi dabanlı zamşa ayaqqabılar.

Səhnə işığı

Sarı rəng dərhal isti və qayğısız yay haqqında xatirələr oyadır: Günəş, qızıl qum, şəffaf qədəhdə limonad və həyatın digər sevincləri...

 

Martinidə zeytun

Solğun zeytun çaları siyahıda favoritlərdən biridir. Bu, nə haki, nə əsgər yaşılı, nə də bataqlıq rəngidir. Məhz bu mürəkkəblik özünə qarşı maraq oyadır. Çalar zamşa materialda son dərəcə gözəl görünür, həm də safari üslubu ilə mükəmməl uyğunluq təşkil edir.

Narıncı portağal

Narıncı rəng 2018-ci ilin vacib trendi olmağı vəd edir. Onu digər çalarlarla çox ehtiyatla birləşdirmək lazımdır. Biz bu, çox nəzərəçarpan rəngi qeyri-adi aksessuarlarda, ayaqqabı və ya çantalarda, o cümlədən düz kəsimlərdə istifadə etməyi məsləhət görürük.

Dumanlı göy

Stilistlər hesab edir ki, inanılmaz dərəcədə gözəl olan "dumanlı göyün" payız siyahısına daxil edilməsi qərarı ali ədalətsizlikdir. Bir az peyğəmbərçiçəyinin ləçəklərinə yaxın olan bu rəng yaz aylarında da xoş təsir bağışlaya bilir. Odur ki, aprelin ortalarından avqustun sonunadək onu dəniz sahillərində həm gecə, həm də gündüz geyinmək olar.

Cəsarətli qırmızı

Qırmızı onsuz da özlüyündə kifayət qədər cəsarətli və məğrur rəngdir. Onu yalnız özünə inamlı insanlar geyinir. Amma "Pantone" o qədər parlaq rəng təklif edib ki, onu cəsarətli adlandırmağa qərar verib. Odur ki, bu yaz utancaqlığa meydan oxuyuruq və qarderobu qırmızı ilə rövqləndiririk. Belə geyimlərdə sizdən göz çəkmək mümkün olmayacaq.

Seylon sarısı

Solğun sarı zamşa stilettolar, sviterlər və nazik platolar gözəl görünür. Bu çaların mavi zolaqlı naxışla vəhdəti isə hər zaman ecazkar alınır.

 

 


04:11 26.02.2018
Xəbər lenti
Bütün xəbərlər