KANAL24.AZ
Az Iw En Ru

Seulda Azərbaycan, Gürcüstan və Ukraynanın dövlət müstəqilliklərinin 100 illik yubileyi qeyd olunub (FOTO)

Fevralın 21-də Seul şəhərinin Yonqsan rayonunun İcra Hakimiyyətinin Teatr Zalında Azərbaycan, Gürcüstan və Ukraynanın Koreya Respublikasındakı Səfirliklərinin təşkilatçılığı ilə hər üç ölkənin dövlət müstəqilliklərinin 100 illik yubileyinə həsr olunmuş Konsert Proqramı keçirilib.

Səfirlikdən tədbirdə Yonqsan rayonunun İcra Hakimiyyətinin Vitse-meri Kim Sonq-Su, Azərbaycanın Koreyadakı Səfiri Rəmzi Teymurov, Gürcüstan Koreyadakı Səfiri Otar Berdzenişvili və Ukraynanın Koreyadakı Səfiri Oleksandr Horin açılış nitqi ilə çıxış ediblər. Çıxış edən R.Teymurov 2018-ci ildə hər üç ölkənin bu əhəmiyyətli tarixi qeyd etdiyini, 1918-ci ildə əldə olunmuş müstəqilliyin qısa müddət sürməsinə baxmayaraq, hər üç ölkənin milli kimliyini qoruyub saxladığını və 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməyə nail olduğunu, bu əlamətdar hadisə münasibətilə il ərzində bir sıra silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qonaqların diqqətinə çatdırıb. Yekunda Səfir Rəmzi Teymurov Yonqsan rayonun Vitse-meri Kim Sonq Sonq-Suya Yonqsan meriyasının Koreya ilə hər üçü ölkə arasında ikitərəfli əlaqələrinin inkişafına verdiyi töhfəyə görə təşəkkür plaketini təqdim edib.

Tədbir konsert proqramı ilə davam edib, Ukraynanın “Two Violins Band” qrupunun ifaçıları, skripkada İlya Bondarenko və fortepianoda Olyona Jukova Azərbaycan, Gürcüstan və Ukraynanın məşhur bəstəkarlarının, eləcə də dünya klassiklərinin əsərlərini ifa ediblər.

 

Tədbirdə eyni zamanda Azərbaycan guşəsi yaradılmış, Azərbaycanın tarixini, təbiətini, paytaxt Bakının mənzərələrini əks etdirən fotolar, Azərbaycan mədəniyyət nümunələrini əks etdirən suvenirlər nümayiş etdirilib.

Konsert, ərsəyə gəlməsində Seul şəhərinin Yonqsan rayonun Bakı şəhərinin Qaradağ rayonu ilə qardaşlaşması istiqamətində Səfirlik tərəfindən görülmüş işin nəticəsi olaraq baş tutub. Belə ki, 11-13 iyun 2017-ci ildə Səfirliyin təşkilatçılığı və təşəbbüsü ilə Yonqsan Rayon İcra Hakimiyyətinin başçısı Song Chang-hyong rəhbərlik etdiyi nümayəndə heyətinin Bakının Qaradağ rayonu ilə Yonqsan rayonu arasında əməkdaşlıq əlaqələrinin quruluması məqsədilə Azərbaycana səfəri təşkil olunub, 12-15 oktyabr tarixlərində isə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Emil Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub, Səfər çərçivəsində Yongsan rayon İcra Hakimiyyətinin binasında keçirilmiş görüş zamanı tərəflər arasında dostluq əlaqələrini qurulmasına dair Memorandum imzalanıb.

 


17:16 23.02.2018