KANAL24.AZ
Az Iw En Ru

Türkiyə Əsəd ordusuna zərbələr endirib – VİDEO

Bu gün, gecə saatlarında Türkiyə ordusu Afrinə daxil olmağa çalışan maşın karvanına aviazərbələr endirib.

Bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin Hələbin Şeyx Maqsud rayonundan çıxan YPG terrorçularından ibarət karvanı atəşə tutduğu barədə məlumat yayılmışdı.

Sonradan bu məlumat təsdiqini tapmadı

“Biz karvanın kimə məxsus olduğunu tam müəyyənləşdirməyənə qədər bu xəbəri ictimailəşdirmək istəmirdik. Ancaq bir müddət sonra “Hizbullah”ın mətbuat xidməti karvanın Suriya ordusuna aid olduğunu bildirdi”, - deyə videonu yayan “WarJournal” “Telegram” kanalının yerləşdirdiyi məlumatda qeyd olunur.

“Hizbullah” hərəkatının bəyanatına əsasən, bütün karvan deyil, yalnız onun bir hissəsi hücuma məruz qalıb.

Bununla yanaşı, karvanın Afrinə tikinti materialları daşıdığı barədə iddialar var.


17:08 23.02.2018
Xəbər lenti
Bütün xəbərlər