KANAL24.AZ
Az Iw En Ru

Niderland parlamenti “erməni soyqırımını” tanıdı – YENİLƏNİB

Ankara Niderland parlamentinin Nümayəndələr palatasının Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanımasını qəti şəkildə pisləyir.

Kanal24 xəbər verir ki, bu barədə Rusiya XİN-nin RİA Novosti-yə daxil olmuş məlumatında deyilir.

“Niderland parlamentinin Nümayəndələr palatasının 1915-ci il hadisələrini soyqırım kimi tanınmasını qəti şəkildə pisləyirik. Bu, indiyədək Avropanın mərkəzində Serebrenitsadakı faciəni soyqırım kimi tanımayan ölkə parlamentinin qəbul etdiyi, nə tarixə, nə də hüquqa heç bir aidiyyəti olmayan əsassız qərardır. Deməli, onun hüquqi qüvvəsi yoxdur”, - deyə, Türkiyə XİN-dən bildiriblər.

Qeyd olunur ki, Türkiyənin 1915-ci il hadisələrinə münasibəti tarixi faktlar və hüquqi normalara söykənir.

“Avropa İnsan Haqları Məhkəməsinin qərarı bizim bu məsələdə doğru olduğumuzu sübut edir”, - deyə, sənəddə bildirilir.

* * *

Niderland parlamenti qondarma “erməni soyqırımını” tanıyan qətnamə qəbul edib.

Kanal24 məlumatına görə, bununla yanaşı, ölkənin XİN başçısı vəzifəsini icra edən Siqrid Kaaq bildirib ki, Niderland hökuməti parlamentdən nümunə götürməyəcək.

Onun sözlərinə görə, nazirlər kabineti “təmkinli olmağa davam edəcək”.

“Hər iki ölkə birgə əməkdaşlıq etməli, qarşılıqlı razılaşma üçün addımlar atmalı və baş verənləri araşdırmalıdırlar”, - deyə, Kaaq bildirib.

 


16:43 23.02.2018