KANAL24.AZ
Az Iw En Ru

Niderland “erməni soyqırımı”nı tanıyıb

Niderland parlamenti qondarma “erməni soyqırımını” tanıyan qətnamə qəbul edib.

Kanal24-ün məlumatına görə, bununla yanaşı, ölkənin XİN başçısı vəzifəsini icra edən Siqrid Kaaq bildirib ki, Niderland hökuməti parlamentdən nümunə götürməyəcək.

Onun sözlərinə görə, nazirlər kabineti “təmkinli olmağa davam edəcək”.

“Hər iki ölkə birgə əməkdaşlıq etməli, qarşılıqlı razılaşma üçün addımlar atmalı və baş verənləri araşdırmalıdırlar”, - deyə, Kaaq bildirib.


06:41 23.02.2018