KANAL24.AZ
Az Iw En Ru

Misilsiz aksiya: məşhur reper küçədə 1 milyon dollar payladı - VİDEO - FOTO

Dünyanın ən məşhur reperlərindən biri, əsl ad və soyadı Obri Dreyk Qrem olan Dreyk yeni klipinin çəkilişində küçədəki insanlara 1 milyon dollar paylayıb.

Kanal24 bildirir ki, "God's Plan" mahnısının çəkilişi əsnasında ABŞ-ın Florida ştatındakı Mayami şəhərinin küçələrini dolaşan Dreyk qarşısına çıxan, əsla tanımadığını insanlara pul paylayıb. O, supermarketdə alış-veriş edənlərnin hesabını ödəyib, məktəbə və qadın sığınacağına, habelə yanğınsöndrmə departamentinə ianələr bağışlayıb, problemi olan insanlara pul verib, universitetdə oxuyan tələbə qızın təhsil xərcini ödəyib, gənc fanatına maşın hədiyyə edib.

Klipin əvvəlində deyilir: "Bütün pulları payladıq. Leyblə deməyin".

Dreykin küçələrdə payladığı pulun ümumi məbləği 996,631 min dollar olub. 3369 dolları isə o, çəkiliş qrupunun üzvlərinə hədiyyə edib.

Reper İnstagram-dakı profilində yazıb: "Həyatımın ən önəmli işi bu aksiya idi".

Dreyk dünyada ən çox qazanan 3 müğənnidən biridir. Ötən il onun xalis gəlirləri 94 milyon dollar olub.

 

 


22:37 22.02.2018
Xəbər lenti
Bütün xəbərlər