KANAL24.AZ
Az Iw En Ru

Tramp müəllimləri silahlandırmağa çağırdı

ABŞ prezidenti Donald Tramp Florida məktəbində törədilən qətliamla bağlı çıxışında , müəllimlərin silahlandırılması təklifi ilə çıxış edib.  Ağ Ev rəhbəri eyni zamanda artan silahlı insidentlər fonunda silah satışına olan dövlət nəzarətini gücləndirməyi vəd edib.  

Bu barədə “Deutsche Welle” ABŞ mətbuatına istinadən məlumat yayıb.

Fevralın 21-də Ağ Ev də baş tutan görüşdə eyni zamanda  öldürülmüş uşaqlardan birinin atası iştirak edib.

Tramp silah əldə etməyə çalışan vətəndaşların sənədlərinin və tərcümeyi-hallarının  hərtərəfli şəkildə yoxlanılması ilə bağlı aidiyyəti qurumlara tapşırıqların veriləcəyini bildirib.

Hər şeydən əvvəl, müştərilərin psixiki sağlamlıq durumları  nəzərə alınacaq.  ABŞ prezidenti  bəzi müəllimlər üçün silahdan istifadə qaydaları ilə bağlı treninqlərin təşkil olunmasını təklif edib.  

Trampın sözlərinə görə, bu müəllimlərin məktəbə potensial  silahlı hücum zamanı müqavimət göstərmək və hücumu dəf etmək üçün vacibdir.

Xatırladaq ki, fevralın 14-də Floridanın Parklend şəhər orta məktəbində gənc tərəfindən törədilmiş qətliam  azı 17 nəfərin həyatına son qoyub.  Atəş açan şəxs polis tərəfindən həbs olunub. ABŞ  K.İ.V onun 19 yaşlı Nikolaz Kruz olduğunu bildirir.

Terror hücumundan sonra məlum olub ki, hələ yanvarın əvvəli  anonim şəxs Federal Təhqiqatlar Bürosuna  zəng edərək, Kruzun sosial şəbəkələrdə qəribə ismarışları və məktəbdə qətliam törətmək planları barədə xəbər edib.

Zəng edən şəxs eyni zamanda gəncdə odlu silahın olduğunu diqqətə çatdırıb. Habelə bu məlumatlara baxmayaraq, hüquq mühafizə orqanları silahlı insidentin qarşısını almaq üçün heç bir addım atmayıb.


20:18 22.02.2018
Xəbər lenti
Bütün xəbərlər