KANAL24.AZ
Az Iw En Ru

Yunanıstanda türkləri öldürməyə çağırdılar

Yunanıstanın türk icması Yunanıstanın keçmiş xarici işlər naziri Teodoros Panqalosun həbs olunmasını tələb edir.

Buna səbəb diaspor üzvlərinin Panqalosun qalmaqallı bəyanatından hiddətlənməsidir.

Keçmiş nazir “Ən yaxşı türk ölü türkdür” ifadəsini səsləndirib.

Yunanıstanın “Dostluq, bərabərlik və sülh” türk partiyasının lideri Mustafa Əliçavuş  Panqalosdan məhkəməyə şikayət edib.

Əliçavuşun sözlərinə görə, bu bəyanatı ilə Panqalos faktiki olaraq Yunanıstanda yaşayan 150 min türkün həyatını təhlükəyə atır.


20:17 22.02.2018