2018 Pxençxan Qış Olimpiya Oyunlarında dağ xizəkçiliyinin slalom növündə qalib müəyyənləşib.
Azərbaycanı yeganə təmsilçisi Patrik Braxnerin iştirak etdiyi yarışda inamlı təsir bağışlayan isveçli Andre Mürer bütün rəqiblərini qabaqlayıb.
İsveçrəli Ramon Tsenhoyzern gümüş, avstriyalı Mixael Matt isə bürünc medal qazanıb.
Qeyd edək ki, yeganə təmsilçimiz Patrik Braxner birinci keçiddə buz üzərində yıxılaraq finişə çata bilmədiyi üçün mübarizəni erkən dayandırıb.