KANAL24.AZ
Az Iw En Ru

Bakıda “Favorit” marketdə satılan palçıqlı “1-ci növ Ukrayna duzu”?

Bakıda “Ukrayna duzu” adı altında satılan xörək duzunun tərkibində insan orqanizmi üçün təhlükəli ola biləcək çöküntülər olduğu aşkarlanıb. 
 
Moderator.az əməkdaşının Hüseyn Cavid prospektində yerləşən məşhur “Favorit” marketdə satılan vəqutusunun üzərinə Ukrayna və Azərbaycan dillərində “Yodlaşdırılmış duz” yazılmış 1 kq-lıq duz mətbəxdə istifadə olunan zaman məlum olub ki, məhsulun tərkibində duza aidiyyatı olmayan müxtəlif yad cisimlər var. 
 
Fotolardan göründüyü kimi,  duz quru halda istifadə olunduqda da içərisindəki qara rəngli yad cisimlər aydın şəkildə görünür. Suyun içərisində həll edildikdə isə duzun palçıqşəkilli çöküntüsü yaranır. 
Fotolarda gördüyünüz tərkibdə duzun qablaşdırıldığı karton qutunun üzərində yazıldığına görə,  məhsulu istehsal edən Ukrayna Respublikası, Donetsk vilayəti, Baxmut rayonu, Soledar şəhəri, Çkalov küç.1-A.ünvanında yerləşən “Artyomsol” dövlət müəssisəsidir. Üstəlik, üzərinə “üyüdülmüş, 1-ci növ duz” yazılıb. İdxalçı müəssisə isə  Bakı şəhəri, A.Hacıyev küçəsi. 19/31 ünvanında yerləşən “Tural-İ-91” şirkətidir. 
Görəsən, bu “1-ci növ duz” doğrudanmı hazırda müharibə şəraitində olan Ukraynanın Donbas vilayətindən Azərbaycana idxal edilir? Yoxsa Azərbaycanın Masazırdakı kimi duz göllərindən
toplanır? Düzdür, araşdırmamızdan məlum oldu ki, duzun istehsal olunduğu qeyd edilən Baxmutov şəhəri hələki Ukrayna ordusunun nəzarətindədir. Ancaq  həmin ərazi tez-tez yaraqlılar tərifndən  atəşə tutulur, üstəlik, o məntəqələrə nəqliyyatın təhlükəsiz gediş-gəlişi də şübhəlidir...
Güman edirik ki, müvafiq dövlət qurumları əhalinin sağlamlığı baxımından çox ciddi olan bu məsələyə aydınlıq gətirəcək.

 


04:59 22.02.2018