KANAL24.AZ
Az Iw En Ru

Əsəd qoşunları Afrindən geri çəkildi

Suriyada 40-50 nəqliyyat vasitəsində Afrinə daxil olmağa çalışan hökumət qüvvələri Türkiyə ordusunun artilleriya zərbələrindən sonra geri çəkilib.

Bu bəyanatı Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın səsləndirib:

“Biz əvvəldən demişdik ki, yayılan şayiələr fonunda Suriya rejimi ilə YPG arasında razılaşmanın olduğuna dair daha tutarlı sübutlara ehtiyac var”.

Dünənki hadisədə Hələbdən içində yaraqlılar olan 40-50 avtomobil Afrinə daxil olmağa çalışıb, ancaq atəş açıldıqdan sonra Hələbə geri çəkilməli olublar.

Orada çirkin və gizli alver getsə belə, biz əməliyyatı davam etdirəcəyik, ona mane olmağa çalışan kəslər üçün bunun ağır nəticələri olacaq.

Ona görə ki, biz öz sərhədlərimizi qanun çərçivəsində qoruyuruq”, - deyə Kalın jurnalistlərə verdiyi açıqlamada bildirib.


23:58 21.02.2018
Xəbər lenti
Bütün xəbərlər