KANAL24.AZ
Az Iw En Ru

Xarici valyutada əmanətlər azalıb

Bank depozitlərinin dollarlaşma səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib. 

Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.

Bildirilir ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 44.7%, ilin sonunda isə 45.3% təşkil edib. 

İl ərzində fiziki şəxslərin manatla əmanətləri 66.9% artıb, xarici valyutada əmanətləri 15.2% azalıb. Nəticədə, fiziki şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi ilin əvvəlindəki 79.6%-dən 66.5%-ə enib.

Hesabata görə, manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 16.9% artıb. Digər tərəfdən, manatla olan müxbir hesabların qalığı 58.5% azalıb. 


22:15 21.02.2018
Xəbər lenti
Bütün xəbərlər