KANAL24.AZ
Az Iw En Ru

Türkiyədə heyvanlara pasport veriləcək

Türkiyədə Ərzaq, Kənd təsərrüfatı və Heyvandarlıq Nazirliyinin göstərişi əsasında heyvanların pasportlaşdırılması prosesinə başlanılacaq.  

Bu barədə “Resmi Gazete”nin saytında məlumat yayılıb.

Məlumata görə, müvafiq sənədlər bütün təkdırnaqlı heyvanlara, o cümlədən atlara, uzunqulaqlara və b.veriləcək.

31 dekabr 2019-cu ildən etibarən isə qeyd olunan heyvanlar üçün pasportların olması artıq icbari xarakter daşıyacaq.

Məlumatda qeyd olunur ki, pasportlarda əsas məlumatlar, heyvanın doğum tarixi, cinsi, sağlamlıq durumu, rəng və çaları qeyd olunacaq.

 


22:04 21.02.2018
Xəbər lenti
Bütün xəbərlər