KANAL24.AZ
Az Iw En Ru

Prezidentin mətbuat katibi: Türkiyə “Zeytun budağı”nı dayandırmayacaq

Türkiyə “Zeytun budağı” əməliyyatını dayandırmayacaq.

Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O vurğulayıb ki, Suriya ordusu Afrinə girsə belə, əməliyyat dayandırılmayacaq

 

İ.Kalının sözlərinə görə, Türkiyə Suriyada beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərir və öz sərhədlərini terrorçulardan müdafiə edir: ““Zeytun budağı” əməliyyatı Suriyanın ərazi bütövlüyünə qarşı yönəlməyib”.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

 


21:26 21.02.2018