KANAL24.AZ
Az Iw En Ru

Ceki Çandan azərbaycanlı məşhura hədiyyə - FOTO

“Azərbaycanlı Çaplin” kimi tanınan sirk ustası Üzeyir Novruzov dünya şöhrətli çinli aktyor Ceki Çanla görüşüb.

Ceki Çan sirk ustasına özünün adı yazılmış xüsusi emblemi hədiyyə edib. Aktyorla birgə çəkilmiş fotolarını şəxsi İnstaqram hesabında paylaşan Ü.Novruzov görüş barədə təəssüratını yazıb:
 “Əfsanəvi qəhrəmanla görüşmək və ondan hədiyyə almaq çox xoş bir sürpriz oldu”.
Qeyd edək ki, Üzeyir Novruzov ABŞ-ın “America’s Got Talent” yarışmasında 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

 

 

 

 

 

 

 

 

 

20:29 21.02.2018