KANAL24.AZ
Az Iw En Ru

Kaspşik Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinqlərin keçirilməsi tezliyinin artırılması imkanı barədə

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin qrupunun genişləndirilməsi Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinqlərin keçirilməsi tezliyini artırmağa imkan yaradacaq.

Bunu Ermənistan KİV-lərinə müsahibədə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib.

O həmçinin əlavə edib ki, bu addım ön xətdə gərginliyin azaldılmasına və sabitliyin artırılmasına kömək edəcək etimadın yüksəldilməsi üzrə tədbir qismində nəzərdən keçirilə bilər.

A.Kaspşik deyib: "Mən ön xəttdə gərginliyi və qurbanların sayını azaldan istənilən addımı dəstəkləyirəm".


20:27 21.02.2018