KANAL24.AZ
Az Iw En Ru

ABŞ-da daha bir orta məktəbdə atışma baş verib - FOTO

ABŞ-ın Ohayo ştatının Massilon şəhərinin rəhbərliyi təhsil müəssisəsində şagirlərdən birinin güllə yarası almasında sonra təxliyyə elan edib.

Bu barədə məktəb dairəsinin saytında məlumat yayılıb.

Qeyd edilir ki, söhbət 7-ci sinif şagirdindən gedir. Hadisə məktəbin ayaqyolunda baş verib.

İlkin məlumata görə, məktəbli təhsil müəssisəsinə tapança ilə gəlib və özünə atəş açıb. Onun təsadüfən, yaxud qəsdən özünə atəş açması hələlik müəyyənləşdirilməyib.

Hadisədən sonra məktəbli xəstəxanaya yerləşdirilib. Digər xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

 


07:00 21.02.2018
Xəbər lenti
Bütün xəbərlər