KANAL24.AZ
Az Iw En Ru

İranda təyyarə qəzasında ölən 30 nəfərin meyiti tapılıb

Bir neçə gün əvvəl İranda “Aseman Airlines” aviaşirkətinin ATR 72-500 təyyarasənin qəzaya uğraması nəticəsində həlak olan 30 nəfərin cəsədini aşkar edilib.

Kanal24-ün verdiyi xəbərə görə, bu barədə PRESS TV telekanalı məlumat yayıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar cəsədlərin nəql edilməsinin yalnız çərşənbə günü mümkün olacağı bildirilir.

Xilasetmə işlərinin 4,5 min metr hündürlükdə aparıldığı qeyd olunur. Əməliyyata 100 çox xilasedici və 7 helikopter cəlb edilib.


05:57 21.02.2018