KANAL24.AZ
Az Iw En Ru

Xocalı dərsləri

Beynəlxalq ictimaiyyət indiyə kimi Xocalıda törətdiyi cinayətlərə görə rəsmi Yerevana qarşı ittiham hökmü çıxara bilməyib.

Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar aktlarına biganə münasibətini onunla əsaslandırmağa çalışır ki, Yerevana rəsmi qaydada ittiham irəli sürülsə, bu, regional elitaların əngəlləri ilə üzləşəcək, o elitalar ki, bu iddiaları öz rejimlərinə hücumun müqəddiməsi hesab edə bilər.

Hər hansı təcavüzkar törətdiyi soyqırıma görə cinayət məsuliyyətinə cəlb olunsa, bu domino effektini işə sala, nəticədə, digər siyasi rejimlər də şübhə altına düşə bilər.

Ermənistan prezidenti Serj Sarkisyanın siyasi ön səhnədən getməsi bir çox beynəlxalq oyunçular üçün prioritet məsələ hesab olunmur. Bundan başqa, BMT Təhlükəsizlik Şurasında Rusiyanın qətnamələrə sistematik olaraq veto qoyması faktiki olaraq beynəlxalq ictimaiyyəti iflic edir, onlar Xocalı faciəsi ilə bağlı susmağa və bununla barışmağa məcbur olurlar.

Rəsmi Yerevanın insanlığa qarşı törətdiyi cinayətlərə dair obyektiv sübutlar olsa da, hələlik dünya ictimaiyyəti heç bir addım atmayıb. Belə qorxaqlıq uzun müddət psevdo-ədalət pərdəsi arxasında gizlənə bilməz. Azərbaycan Xocalı faciəsindən özünə dərs çıxarıb. Bu ölkənin ictimaiyyəti Xocalı hadisələrin bilavasitə təşkilatçısı olan Serj Sarkisyanın Ermənistan hakimiyyətində olması ilə barışmayacaq.

Ermənistan lideri isə Azərbaycanla münaqişəyə son qoymaq niyyətində deyil. Onun Azərbaycan xalqına qarşı öz təcavüzkar siyasətini dayandırıb-dayandırmayacağı beynəlxalq ictimaiyyətdən asılı olacaq.

Dünya lal-dinməz şəkildə erməni təcavüzünə göz yummağa davam etsə, münaqişə tərəflərindən biri tam məhv olana qədər davam edəcək. Ancaq beynəlxalq ictimaiyyət rəsmi Yerevana təzyiq göstərsə, məsələnin siyasi yolla həlli mümkün ola bilər. Azərbaycanın bütün ümidləri bundan sonra beynəlxalq ictimaiyyətin mövqeyinə bağlı olacaq.

Xocalı soyqırımı mövzusuna gəlincə, burada Ermənistan hakimiyyətinin Azərbaycan xalqına qarşı mənfur niyyətini açıq-aydın nümayiş etdirən üç tarixi dərs qrupunu ayırmaq yerinə düşər.

İlk qrup rəsmi Yerevanın işğalçı siyasətinin reallığını baş vermiş fakt olaraq əks etdirən və Ermənistanın xarici təcavüzkar obrazını təsbit edən təsdiqedici dərslərdən ibarətdir. Xocalı hadisələri hərbi təxribatlara və avantüralara meyilli olan erməni rəhbərliyi ilə “mazaqlaşmağın” nə dərəcədə təhlükəli olduğunu beynəlxalq ictimaiyyətə açıq-aydın göstərdi.

Beynəlxalq ictimaiyyət hərbi intervensiyanın, Xocalı soyqırımının qarşısını almaqda aciz oldu; baxmayaraq ki, faciənin təşəbbüskarları ilə geosiyasi oyunçular arasında qüvvələr nisbəti sonuncuların xeyrinə idi.

Xocalı faciəsinə münasibətdə, sözsüz ki, bütöv Azərbaycan xalqını fiziki olaraq məhv etmək məqsədi güdən xarici təcavüzkarlardan tarixi intiqama olan ehtiyacı haqqında dərs öz aktuallığını qoruyub saxlayır.

Belə bir ehtiyac gerçəkləşə bilər və buna “dördgünlük müharibə”nin nəticələri kifayət qədər güclü təsir etdi; “dördgünlük müharibə”dən sonra düşmən Xocalıda böyük itki vermiş dövlətin hərbi üstünlüyünü etiraf etməli oldu.

Əsaslandırıcı dərslərdən savayı, icbari dərslər də kifayət qədər nəzərəçarpandır. Belə dərslərdən biri Azərbaycan Respublikasının dövlət ərazi bütövlüyünün və dövlət sərhədlərinin bərpasına olan ehtiyacdır.

Xalq bilməlidir ki, Xocalıda insanlar bihudə həlak olmayıb və ədalət öz yerini tapacaq. Azərbaycanın xalq qarşısında əxlaqi borcu bundan ibarətdir.

Belə ki, məhz Xocalı faciəsi kimin Azərbaycan Respublikasının həqiqi dostu, kimin isə düşmən olduğu sualını yenidən gündəmə gətirdi. Bu sualın başa düşülməsi və cavabı suveren Azərbaycan Respublikasının xarici siyasətinin əsasını təşkil edir və prioritet məsələ sayılır.

Bunlarla yanaşı, Azərbaycan xalqının taleyində “xarici düşmən üzərində qələbənin yalnız vətəndaşla dövlətin birgə səyləri nəticəsində, adi insanların və siyasətçilərin, zənginlərin və yoxsulların birliyi nəticəsində mümkün olduğu” düşüncəsi artıq bir növ ikinci nəfəs aldı.

Bu, ilk öncə azərbaycanlılar arasında dəqiq dünyagörüşü, saxta olmayan, xalis vətənpərvərlik mövqeyinin formalaşmasında çox faydalı oldu. Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının daha qəddar xarakter alması ilə bağlı dərs də aktuallaşmaqdadır.

Azərbaycanın hərbi qüdrəti faktoru ilə bağlı dərs də nəzərə alınmalıdır. Bu faktor Azərbaycanın müdafiə qabiliyyətinin təmin olunması baxımından həyati əhəmiyyət kəsb edir.

Strateji əhəmiyyətli tapşırığı - Xocalı soyqırımının təkrarlanmasına yol verməmək tapşırığını yerinə yetirən hərbi birləşmələrin mütəmadi modernizasiyası və hərbi potensialın mükəməlləşdirilməsi tələbi məhz bununla bağlıdır.

Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin həlli cəhdlərində heç də hər zaman diplomatik iradə ortaya qoymayıb. Bu şəraitdə Ermənistanın Xocalıya hücum üçün kifayət qədər qüvvəsi və imkanı olub. Üstəlik, Ermənistan təcavüzünə sinə gərmək üçün dünyanın aparıcı dövlətləri ortaq məxrəcə gələ bilməyib.

Habelə siyasi təhlillər göstərir ki, Xocalı soyqırımı labüd deyildi: dünya oyunçuları siyasi hesablamalarda səhvlərə yol verməsəydi, onun qarşısını almaq mümkün idi. 

Faciədən ötən 26 il ərzində Ermənistan təcavüzkarlığı nəinki azalmayıb, hətta daha geniş miqyas alıb. Hal-hazırda bu, 26 fevral 1992-ci ildən öncəki dövrü xatırladır; o vaxt ki, beynəlxalq ictimaiyyətin səhlənkarlığı nəticəsində anti-Azərbaycan siyasəti kütləvi insan itkilərinə səbəb oldu.

Xüsusi olaraq üçün rusiyalı siyasi şərhçi Denis Korkodinov.


22:44 20.02.2018
Xəbər lenti
Bütün xəbərlər