KANAL24.AZ
Az Iw En Ru

Nazarbayev yeni qazax əlifbasını təsdiqləyib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax əlifbasının yeni latın qrafikası versiyasının qəbul olunması haqqında fərman imzalayıb.

ötən ilin oktyabr ayında qazax lideri əlifbanın 2025-ci ilə kimi latın qrafikasına keçidi ilə bağlı fərman imzalamışdı.

Nazarbayev bildirmişdi ki, bu, heç bir halda rusdilli əhalinin haqlarına, rus dilinə və ya digər dillərə ziyan vurmayacaq.

Əlifbanın ilk latın variantı cəmiyyətdə geniş tənqidlərə yol açdı. Həmin əlifba 32 hərfdən ibarət idi.

Mütəxəssislərin və vətəndaşların fikrincə, apostroflardan geniş istifadə olunması oxu və yazını çətinləşdirirdi. Əlavə olunan yeni diakretik işarələr və diqraflar (sh, ch) geniş müzakirə obyektinə çevrilmişdi.

Bundan əvvəl yayılan xəbərlərə görə, Qazaxıstanda artıq 2021-2023-cü illərdən etibarən sənədlərin latın dilində verilməsi planlaşdırılır. 2024-2025-ci illərdə isə yerli hakimiyyət orqanları, dövlət KİV-in latın qrafikasına keçəcəyi gözlənilir.


21:15 20.02.2018